![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Azərbaycan I Divizionunun VI turunun “Şuşa” – “Energetik” matçında “Şuşa” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Azərbaycan I Divizionunun VI turunun “Şahdağ” – “Lokomotiv” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Azərbaycan I Divizionunun VI turunun “Neftçala” – “Bakılı” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|