Futbol üzrə Azərbaycan I Divizionda II turun oyun cədvəli məlum oldu. Turun görüşləri iki günü əhatə edəcək və 3 qarşılaşma I Divizionun yutub kanalında canlı yayımlanacaq.
21 sentyabr (çərşənbə axşamı) MOİK – “Səbail-2” Binə qəsəbə stadionu, 15:30 “Qəbələ-2” – “Neftçi-2” Qəbələ şəhər stadionu, 15:00 (pfl.az/canlı)
22 sentyabr (çərşənbə) “Qaradağ Lökbatan” – “Kəpəz” Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30 (pfl.az/canlı) “Qarabağ-2” - “Sumqayıt-2” Binə qəsəbə stadionu, 15:30
“Zaqatala” – “Turan Tovuz” Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30 (pfl.az/canlı)
“Keşlə-2” – “Sabah-2” “ASK Arena”, 17:30 Qeyd: “Sabah-2" komandasının ev oyunlarını keçirdiyi stadionda təmir işləri getdiyi üçün sözügedən komandanın müraciəti, “Keşlə”-2 komandasının razılıq məktubu ilə II turun oyunu "Keşlə-2" – "Sabah-2", XV turun oyunu "Sabah-2" – "Keşlə-2" kimi dəyişdirilib.
|