Konfrans Liqasında pley-offun cavab qarşılaşmaları keçirilib. İsraildə “Makkabi”yə (Xayfa) 0:4 hesabla uduzan son çempion “Neftçi” avrokuboklarla vidalaşıb. Bakıdan minimal hesablı qələbə ilə Şotlandiyaya yollanan “Qarabağ” isə səfərdə də rəqibinə şans verməyib – 3:1. Qurban Qurbanovun komandasının qollarına Toral Bayramov, Kadi Borqes və Abdullah Zubir imza atıb. İki görüşün nəticəsinə görə 4:1 qalib gələn Ağdam komandası Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.
|