Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk böyükhesablı nəticəsi II tura təsadüf edib. “Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.