Klublarımız Konfrans Liqasının pley-of mərhələsində ilk görüşlərini keçirib. Tofiq Bəhramov adına Respublika Stadionunda “Aberdin”i (Şotlandiya) qəbul edən “Qarabağ” minimal hesabla qalib gəlib. Yeganə qolun müəllifi 30-cu dəqiqədə Xayme Romero olub.
“Bakcell Arena”da “Makkabi”ylə (Xayfa, İsrail) görüşən “Neftçi” qələbəni son dəqiqələrdə əldən verib. 3:3 hesabla bitən matçda Yusuf Laval dubl, Emin Mahmudov isə 1 qolla yadda qalıb. Qeyd edək ki, klublarımızın cavab qarşılaşmaları 26 avqustda baş tutacaq.
|