Təmsilçilərimiz Konfrans Liqasının II təsnifatında cavab qarşılaşmalarına çıxıb. “ASK Arena”da “Soçi”ni (Rusiya) qəbul edən “Keşlə” 2:4 məğlub olub. “Sumqayıt” da doğma meydanda uğursuzluqla üzləşib – 0:2. Bu nəticələrdən sonra hər iki klubumuz avrokuboklarla vidalaşıb. Bakıda “Aşdod”un (İsrail) müqavimətini qıra bilməyən “Qarabağ” isə səfərdə minimal hesabla qalib gələrək Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib. Qeyd edək ki, Ağdam klubu növbəti mərhələdə “AEL Limassol” (Kipr) – “Vllaznia” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
|