Mayın 24-də Azərbaycan kubokunda final oyunu keçiriləcək. “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütün əvvəlki kubok oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
Final
24 may
“Keşlə” - “Sumqayıt” – 2 oyun, +1=1-0, top fərqi 2-1
Finalçılar indiyədək yalnız bir dəfə üz-üzə gəlib. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlib.
2017/18
|
1/2 final
|
Keşlə (Bakı) – Sumqayıt
|
1:0, 1:1
|
|