Azərbaycan Premyer Liqasında qızıl medalların sahibi “Neftçi” oldu. Sonuncu turda “Dalğa Arena”da “Qarabağ”ı 1-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 9-cu dəfə ölkə çempionu adına yiyələndi. Yekunda 59 xal toplayan “ağ-qaralar” ən yaxın izləyicisini 2 xal qabaqladı. “Neftçi” oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun iştirak etdiyi mükafatlandırma mərasimində qızıl medallara qovuşdu. Tədbirin sonunda “Neftçi” futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırdı. Qeyd edək ki, bu, bakılıların 7 mövsümdən sonra ilk çempionluğudur.
Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir.
|