Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün gümüş mükafatçısı “Qarabağ” oldu. Ağdamlılar sonuncu turda səfərdə “Neftçi”yə minimal hesabla yenilərək ikinciliklə kifayətlənməli oldular. Görüş başa çatandan sonra baş tutan mükafatlandırma mərasimində klubun futbolçuları, texniki heyət və rəhbərliyi gümüş medallarla təltif olundu. Onlara mükafat AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun iştirak etdiyi tədbirdə təqdim edildi.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|