I Divizionda 2020/2021-ci illər mövsümünün sonuncu oyunu “”Zaqatala – “Neftçi-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirildi. Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Neftçi” klubunun prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak etdilər. Hələ 2 tur əvvəl çempionluğu təmin edən “Neftçi-2”yə qızıl, “Zaqatala”ya isə gümüş medallar təqdim edildi. Ötən tur üçüncü olacağı dəqiqləşən “Turan Tovuz” bürünc medallara sahib çıxdı.
Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında baş tutan mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|