![](uploads/kubokloqo.jpg) 2012/2013-cü
il Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək. Bunlardan 12-si
Topaz Premyer Liqasını, qalan 9-u isə I Divizionu təmsil edir.
“Neftçi”,
“Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”,
“Simurq”, “Turan”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”,
“Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala”.
Əsasnaməyə
uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda
müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər
oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.
|