2011/2012-ci il mövsümü Unibank
Premyer Liqasının ən yaxşı yarımmüdafiəçi seçilən Adrian Pit bu barədə www.pfl.az saytına fikirlərini bildirib: “Ən yaxşı yarımmüdafiəçi seçildiyim üçün
xoşbəxtəm. Cari mövsümdə də uğurlu çıxış etməyə çalışacağıq. Buna qədər Lənkəranda yalnız
bir oyun keçirmişik, “Kəpəz”ə qarşı oyunda qalib gəlmişik. Digər oyunlarımızı səfərdə
oynamışıq. Lakin bundan sonra bütün ev oyunlarımızı Lənkəranda keçirəcəyik və
bizim üçün Lənkəranda – doğma azarkeşlərimiz önündə oynamaq çox önəmlidir. Ötən
mövsüm “Neftçi”nin heyətində Flavinyo və “Qəbələ”nin hücumçusu Dodonun çox
yaxşı çıxış etdiklərini düşünürəm. Premyer Liqada, həqiqətən də, çox səviyyəli,
peşəkar futbolçular çıxış edir. Ötən mövsüm “Xəzər Lənkəran”ın şərəfini qoruyan
Emeka Opara da çox yaxşı futbolçu idi. “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobayın
da çıxışı çox xoşuma gəlir".
|