İntizam Komitəsinin bu gün
keçirilən iclasında aşağıdakı qərarlar qəbul
edilmişdir:
Unibank Premyer Liqasının
XXI turunun “İnter” – “Sumqayıt” matçının 35-ci dəqiqəsində
“İnter” klubunun 21 №-li futbolçusu Arif Daşdəmirov kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq
cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Unibank Premyer
Liqasının XXI turunun “Simurq” – “Bakı” matçının 62-ci
dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Lukas Mario Horvat əllə oyuna
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə
48). Unibank Premyer Liqasının XXI turunun “Qarabağ” –
“Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Oyunun 90+1-ci dəqiqəsində
“Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov kobud oyuna görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Unibank Premyer
Liqasının XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında
“Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer
Liqası XXI turunun “Neftçi” – “Rəvan” matçının videoyazısını
izlədikdə oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu
Mirhüseyn Seyidovun təhqiredici hərəkətlər etdiyi aşkar edilmişdir. Bu səbəbdən
də adıçəkilən futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur
(maddə 42.1). Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq
ediləcəkdir. Futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu
yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq
bərpa olunacaqdır (maddə 32, maddə
33). Unibank Premyer Liqasında çıxış edən klubların
əvəzedici heyətlərinin XXI turunun “İnter” – “Sumqayıt”
matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
500 manat cərimə olunur (maddə 40).
Oyunun 67-ci dəqiqəsində
“İnter” klubunun 99 №-li futbolçusu Anar Məhərrəmov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə
48). Unibank
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun
“Simurq” – “Bakı” matçda “Bakı” klubunun 4 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Oyunun 67-ci dəqiqəsində
“Simurq” klubu oyunların əsasnaməsinin tələblərinini pozduğuna görə, yəni
meydançaya yaşı 21-dən yuxarı olan 6-cı futbolçunu buraxdığı üçün kluba 0:3
hesablı texniki məğlubiyyət verilir (maddə 31). XX Unibank Premyer Liqasında çıxış edən
klubların əvəzedici heyətlərinin XXI turunun “Qəbələ” – “Xəzər
Lənkəran” matçda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).Oyunun 19-cu dəqiqəsində “Xəzər Lənkəran”
klubunun 50 №-li futbolçusu Akif Tağıyev kobud oyuna görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır,
klub 1000 manat cərimə olunur (maddə 37.1).
Matçda “Qəbələ” klubu texniki
zonanı hazır vəziyyətə gətirmədiyi üçün klubuna xəbərdarlıq edilir. Analoji
hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq
ediləcəkdir.
Azərbaycan I
divizionunun XVII turunun “Lokomotiv” – “Şuşa” matçda
“Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100
manat cərimə olunur (maddə 40). Azərbaycan I divizionunun XVII turunun
“Tərəqqi” – “Karvan” matçda “Karvan” klubunun 4 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 62-ci dəqiqəsində
“Tərəqqi” klubunun 12 №-li futbolçusu İlkin Verdiyev əllə oyuna görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq
cəzalanır, klub 20 manat cərimə olunur (maddə
48).
|