Paytaxtın AZAL klubu Unibank Premyer
Liqasında özünün 200-cü qolunu vurub. Mövsümün XXI turunun “Turan”la
qarşılaşmasına qədər hesabında 199 qol olan paytaxt təmsilçisi yubiley qolunu
elə matçın ilk dəqiqəsində rəqib qapısından keçirib. Matçda dubl edən Zohair
Benouahinin ilk qolu komandası üçün yubiley əhəmiyyəti kəsb edib.
2005/06
mövsümündə Azərbaycan çempionatının güclülər dəstəsində “Olimpik” adı altında
debüt edən, sonradan “Olimpik-Şüvəlan”, indi isə AZAL adını daşıyan klub 200-cü
qolunu Premyer Liqadakı 7-ci mövsümündə vurub. Mərakeşli legionerin vurduğu
yubiley qolu ilə kifayətlənməyən bakılılar matçın sonunadək bu rəqəmi 202-yə də
çatdırıb ki, bunlar da 186 qarşılaşma ərzində reallaşıb.
AZAL-ln Premyer
Liqadakı bütün qolları
mövsüm |
Premyer Liqa |
evdə |
səfərdə |
2005/06 |
15 |
5 |
10 |
2006/07 |
28 |
18 |
10 |
2007/08 |
29 |
18 |
11 |
2008/09 |
32 |
16 |
16 |
2009/10 |
33 |
18 |
15 |
2010/11 |
36 |
23 |
13 |
2011/12 |
29 |
20 |
9 |
Cəmi |
202 |
118 |
84 |
AZAL-ın tarixi qolunun müəllifi olan Benouahi bunu bacaran
3-cü legioner olub. Belə ki, paytaxt təmsilçisinin 50-ci və 150-ci qolları da
əcnəbilərdən, ilk və 100-cü qolu isə yerli oyunçulardan gəlmişdi. Tarixi
qollarından 4-nü öz meydanında vuran bakılılar yalnız 100-cü qolu səfərdə rəqib
qapısından keçirib. Belə qolların vurulduğu matçlarda adətən qələbə qazanan AZAL
üçün yalnız ilk oyun uğursuzluqla nəticələnib.
AZAL-ın çempionatda tarixi
qolları
№ |
tarix |
oyun |
hesab |
qol müəllifi |
qəqiqə |
1-ci qol |
27.08.2005 |
Olimpik – Qarabağ |
1:2 |
Vidadi Rzayev |
45+1 (pen.) |
50-ci qol |
16.09.2007 |
Olimpik – İnter |
1:0 |
Junivan |
61 |
100-cü qol |
11.05.2009 |
MOİK – Olimpik |
1:6 |
Nəriman Əzimov |
41 (matçda 2–ci
qol) |
150-ci qol |
16.10.2010 |
AZAL – İnter |
5:0 |
Viktor İqbekoyi |
79 (matçda 4-cü
qol) |
200-cü qol |
21.02.2012 |
AZAL – Turan |
3:2 |
Zohair Benouahi |
1 (matçda 1-ci qol)
|
Qeyd edək ki, yubileylə əlamətdar qarşılaşmada dubl edən
Zohair həm də klubun Premyer Liqadakı ən yaxşı bombardirləri sırasına qoşulub.
AZAL-ın 202 qolunun müəlliflərindən yalnız 6-sı 10 və ya daha çox fərqlənib.
Junivan Suaresin 17 qolla ən yaxşı bombardiri olduğu komandada Benouahi və
Xaqani Məmmədov 13, Anatoli Doroş 12, Leandro Qomeş və Qvidas Yuşka 10 qol
sevinci yaşayıb. 202 qoldan 4-nü isə rəqiblər avtoqol etməklə vurub.
|