İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın VII turunun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun 5 futbolçusu, “Sumqayıt” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunur.
Premyer Liqanın VII turunun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 nömrəli futbolçusu Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.
I Divizionun III turunun “Qarabağ-2” – “Turan Tovuz” oyununda “Qarabağ-2” komandasının nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. Oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur. Matçın hakim-inspektoru oyunun videoyazısı ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. “Turan Tovuz” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur.
I Divizionun III turunun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 27 nömrəli futbolçusu İbrahim Camalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. Oyununda topdaşıyan şəxslərin say tərkibi və yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir.
I Divizionun III turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir. Hər iki komandanın oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur.
I Divizionun III turunun “Neftçi-2” – MOİK oyununda “Neftçi-2” klubunun 44 nömrəli futbolçusu Seymur Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. MOİK klubunun 14 nömrəli futbolçusu Hikmət Verdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. Həmin klubunun 44 nömrəli futbolçusu Xəyal Bədirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.
|