Azərbaycan Premyer Liqasının III turu iki komanda üçün yubileylə əlamətdar olacaq. Bütün çempionatların iştirakçısı olan “Qarabağ”la “Neftçi” əvvəl güclülər dəstəsi, sonradan Premyer Liqa adlanan yarışda 800-cü oyununa çıxacaq. Yarışın tarixində ən çox matç keçirən iki komanda bu turda bir-biri ilə üz-üzə gələcək.
“Azərsun Arena”da baş tutacaq görüşdə 800-cü dəfə meydana çıxacaq rəqiblər indiyədək 29 çempionatda 799 matç keçirib. Qələbəyə görə üç xal prinsipi ilə hesabladıqda “Qarabağ”la “Neftçi” indiyədək eyni sayda - 1530 xal toplayıb.
Qələbə sayında “Neftçi” “Qarabağ”dan üstündürsə, heç-heçələrdə ağdamlılar öndədir. Paytaxt təmsilçisi daha çox uduzsa da, vurulan qol sayında və top fərqində rekordçudur. Eyni sayda oyunda eyni xal toplayan komandaların buraxdığı qollarda da tarazlıq hökm sürür.
800-cü oyun həm də iki rəqibin bir-biri ilə 80-ci matçı kimi tarixə düşəcək. Yəni, klublar keçirdiyi qarşılaşmaların 10 faizini öz aralarında oynayıb. Bu görüşlərdə “Qarabağ” 29, “Neftçi” 20 qələbə qazanıbsa, 30 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlılar üstündür – 84:71.
klub
|
O
|
Q
|
H
|
M
|
T
|
T/F
|
X
|
Neftçi
|
799
|
451
|
177
|
171
|
1367-621
|
+746
|
1530
|
Qarabağ
|
799
|
448
|
186
|
165
|
1206-621
|
+585
|
1530
|
|