01.10.2020
   |    aze    |    rus    |    eng    
Slide 1

"Keşlə-2" 2-6 "Kəpəz" – Video icmal

Slide 1

"Sabah" - "Keşlə" oyununun təyinatları

Slide 1

I Divizion, I turun bütün təyinatları

Slide 1

Premyer Liqanın V turu rəqəmlərin gözü ilə

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

Ramin Musayev əmr imzaladı

Slide 1

Peşəkar Futbol Liqasının məlumatı

   2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə       2020-08-21

COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq 2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə  

15.08.2020-ci il tarixdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təsdiq olunub.


Ümumi müddəalar

Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Divizion  oyunlarında reallaşdırılacaq qaydalar.

1. Stadionda, bazada, informasiya lövhəsində Koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.

2. Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.

3. Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti 37.5 dərəcədən yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər, əks təqdirdə həmin şəxslərin girişinə icazə verilməməlidir. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın əlamətləri aşkarlanan şəxs izolyasiya edilməlidir.  

4. Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial  məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.

İclasda iştirak etməli olan səlahiyyətli şəxslərin siyahısı:
I. AFFA nümayəndəsi
II. Meydan sahibi komandanın nümayəndəsi
III. Qonaq komandanın nümayəndəsi
IV. Nəzarət Buraxılış xidmətinin nümayəndəsi
V. Stadion nümayəndəsi
VI. Polis əməkdaşı
VII. Təcili Tibbi Yardım nümayəndəsi
VIII. FHN (yanğınsöndürən) nümayəndəsi

Xüsusi qeyd: Nümayəndə iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.

5. İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.

6. Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. Üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir. Şəkilli “A buraxılışı”na malik şəxslər stadionda zonalar üzrə bölünəcək və hər kəsin mənsub olduğu zona Buraxılış vəsiqəsinin üzərində öz əksini tapacaq.

7. Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

8. Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz.

9. Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.

10. Oyunlara yalnız Peşəkar Futbol Liqası tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat versinlər.

11. Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub-geyinmə otağının önündə  gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda(ən azı 7 oyunçu) oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması  və meydana daxil olması sırası:
I. meydan sahibi komanda
II. qonaq komanda.

12. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir. Amma onlara məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilə bilər. Azarkeşlərin içəri daxil olmasının qarşısını polis və yerli klub almalıdır.


13. Oyunun start fitindən öncə
- heyətlər, eləcə də oyunun gedişində informasiya xarakterli bütün məlumatlar diktor tərəfindən elan edilir;
- salamlaşma ləğv olunur;
- vımpel dəyişmək ləğv olunur;
- kollektiv şəkil çəkdirmək ləğv olunur;
- hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.

14.  Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.  


15. Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.


16. Oyundan  sonra sağollaşmalar təmassız edilməlidir.

17. Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

18. Komanda üzvlərinin, həmçinin, hakimlərin görüşün başlanmasına 60 saat qalmış PHŞ-da «COVID-19» (PZR) üsulu ilə testlər keçirilməlidir.

Komanda həkimi oyundan 90 dəqiqə əvvəl komanda heyətinin siyahısını oyunun nümayəndəsinə təqdim etməlidir. Məsələ AFFA və PFL tərəfindən nəzarətdə saxlanılacaq.

Texniki zona qaydaları ilə bağlı təlimatlar


1. Texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur
- 7 rəsmi şəxs
- 12 oyunçu
Komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır. Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər, bununla bağlı  oturacaqlar üzərində bildirişlər vurulmalıdır. Bu cür oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir. Bundan əlavə əgər tribunalardan meydançaya birbaşa giriş varsa, o zaman oyunçular tribunalardan da istifadə edə bilərlər. Maskadan istifadə və sosial məsafəni qorumaq mütləqdir.

2. Həm texniki zonada, həm də oyunun gedişində hər kəsə ancaq özünə məxsus su qabından istifadə etmələri tövsiyə olunur.  

3. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunlarında penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.

4. Əvəzetmələr zamanı  dəstək salamlaşmasından çəkinmək lazımdır.


Media

1. Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.

2. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır.

3. Oyunun ilkin protokolu yalnız diktor və şərhçiyə veriləcək. Jurnalistlər ilkin protokolu Peşəkar Futbol Liqasının rəsmi saytından və ya “Facebook” səhifəsindən əldə edə bilərlər.

4. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna “sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.

5. Oyun zamanı media otağı bağlı olacaq. Mətbuat nümayəndələri su ilə meydan sahibi komanda tərəfindən media sektorda təmin olunacaq.  

6. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.

7. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının yayım hüququna malik  “CBC Sport” telekanalından matçlara akkreditasiyadan keçmiş bütün şəxslər deyil, sadəcə oyunun yayımına  cavabdeh olan texniki və yaradıcı heyət cəlb oluna bilər. Bununla bağlı telekanal rəhbərliyinə əməkdaşlarla maarifləndirici söhbətlər aparması tövsiyə olunur.

8. Oyundan sonra mix-zonalar təşkil olunmayacaq. Yayımçı telekanal fləş-müsahibələr götürə bilər ki, bunun üçün xüsusi mikrofonlardan istifadə olunmalıdır və şəxslər arasında sosial məsafə qorunmalıdır. Fləş-müsahibələr açıq havada götürülməlidir.

9. Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır.  Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır. Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.


“A buraxılışı”ndan istifadə qaydaları

1. Mövsümün startından əvvəl klubların əsas və əvəzedici heyətinin üzvlərinə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin əməkdaşlarına, yayımçı şirkətə “A buraxılışı” vəsiqələri verilib. Məlum “A buraxılışı” vəsiqəsindən istifadə mümkün qədər azaldılmalıdır. Qeydiyyatdan keçmiş şəxslərdən yalnız oyunun təşkilinə, keçirilməsinə, qiymətləndirilməsinə cavabdeh şəxslər stadiona gələ bilər. “A buraxılışı”ndan istifadə edən qurumlar bununla bağlı əməkdaşlarını məlumatlandırmalıdırlar.

2. Oyunun gedişində “A buraxılışı”ndan istifadə qaydaları eyni qalır. Komandanın futbolçu heyəti istisna olmaqla digər şəxslər onlara təqdim edilmiş mövsümlük vəsiqəni üzərlərində görünən səviyyədə daşımalıdırlar.

3. Pandemiya dönəmində klublara “Qonaq” buraxılış vəsiqəsi verilmir.  Klublara verilmiş ötənilki “Qonaq” buraxılış vəsiqəsi qüvvəsini itirir. Bu addım oyunlara  birbaşa cavabdeh olmayan şəxslərin gəlişinin qarşısı alınmaq üçün atılır. Əgər ötənilki “Qonaq” buraxılışından istifadə halları aşkarlanarsa, klub İntizam Məcəlləsinə uyğun olaraq cərimələnəcək.  

4. Stadiona maşınla gələcək şəxsdə şəkilli “A buraxılışı” vəsiqəsi olmayacağı təqdirdə stadiona buraxılmayacaq.

5. Məsələdən irəli gələn məqamların tənzimlənməsində yerli klub polislə birgə fəaliyyət göstərməlidir.

6. Stadion ərazisində, bazada fəaliyyət göstərən hər bir kəs şəkilli “A buraxılışı”nı taxmalıdır.
 
“SKY-Box”lardan istifadə

1. Stadionun istifadə olunan qapalı məkanı olan “Sky-box”lardan istifadəyə icazə verilir. Sosial məsafə qorunmalı və hər kəs tibbi maskada olmalıdır. Stadiondan istifadə ilə bağlı klublara əlavə göstərişlər veriləcək.  

2. “Sky-box”da su, çay istisna olmaqla  paketlənməmiş şəkildə təqdim olunan digər qəlyanaltıların servisi qadağan olunur.

3. “Sky-box”ların ümumi girişinə dezinfeksiya aparatı yerləşdirilməlidir.  


2020/2021-ci illər mövsümünün Əsasnaməsinin 9-cu bəndinə olan dəyişikliklər


 
 * Oyunlara azarkeş buraxılmadığı üçün azarkeşlər üçün tələb olunan həkimin dəvət olunması müvəqqəti olaraq dayandırılır.

 * Vəziyyət nəzərə alınaraq, topdaşıyanların və xərəkdaşıyanların sayında dəyişiklik edilir. Xərəkdaşıyanların sayı müvəqqəti olaraq 4, topdaşıyanların sayı 4 nəfər müəyyən olunur. Bu qrup stüartlardan da ibarət ola bilər. Bir şərtlə ki, şəxslər əvvəlcədən meydan sahibi klub və nümayəndə tərəfindən təlimatlandırılmalıdır. Topdaşıyan və xərəkdaşıyan şəxslər tibbi maskada olmalıdırlar. Onların yaşı 18-dən az olmamalı və stadiona gələn zaman hərarətləri ölçülməli, yerli komandanın həkimi ilə fərdi söhbətə cəlb olunmalıdırlar. Klublara tövsiyə edilir ki, bütün ev oyunlarına eyni şəxslər cəlb olunsun. Bu işə cəlb olunacaq şəxslərin şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
* Hava şəraiti nəzərə alınaraq hakimin qərarına əsasən hər hissədə iki dəfə su fasiləsi verilə bilər.
* Oyun təşkilinə cavabdeh olan şəxslərin təyinatı üzrə siyahısında hər hansı bir dəyişiklik yoxdur. Oyunlar zamanı təhlükəsizliyi təmin edən polis əməkdaşlarının sayı tam olaraq Daxili İşlər Nazirliyi, stadion ərazisində isə AFFA nümayəndəsinin istəyinə uyğun olaraq müəyyənləşdirilir.  
* Burada qeyd olunmayan, amma meydana çıxa biləcək problemlərlə bağlı qərar AFFA nümayəndəsi və Peşəkar Futbol Liqasının Yarışların Təşkili Departamenti ilə aparılacaq müzakirələrdən sonra veriləcək.

Hakimlərlə bağlı tənzimləmələr:

  1. Komandalar oyundan 1 gün əvvəl ən geci saat 16:00-a qədər istifadə edəcəkləri bütün geyim ləvazimatlarının və fərqləndirici üst geyimlərin fotosunu Peşəkar Futbol Liqasına və Hakimlər Komitəsinə elektron şəkildə ([email protected], [email protected]) göndərməlidirlər. 
  2. Hakimlər biriqadası ən geci oyunun başlamasından 90 dəqiqə öncə stadionda olmalıdır.
  3. Oyundan öncə keçirilən iclasda hakimlər iştirak etməyəcəklər.
  4. Oyundan öncə püşkatma zamanı yalnız baş hakim və komandaların kapitanları sosial məsafə qorunmaqla iştirak edə bilərlər.
  5. Elektronik lövhə 4-cü hakim tərəfindən qaldırılacaq. Dəyişiklik edən komandanın rəsmisi bunu tabloda qeyd etdikdən sonra yerli komandanın təyin etdiyi şəxs tərəfindən tablo dezinfeksiya edilir. Daha sonra hakim dəyişikliyi elan etmək üçün tablonu götürür. 
  6. Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.
  7. Hakimlərin soyunub-geyinmə otağı dezinfeksiya edilməlidir və kənar şəxs oraya daxil ola bilməz (təxirəsalınmaz hadisə istisna olmaqla).
  8. Hakimlərin soyunub-geyinmə otağında əl üçün dezinfeksiyaedici vasitə yerləşdirilməlidir.
  9. Hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

10. Oyundan sonra olacaq matç protokolu hakimlər tərəfindən ev sahibi komandanın onlara verdiyi kompüter vasitəsiylə (dezinfeksiya edilmək şərti ilə) soyunub-geyinmə otağında tərtib ediləcək. Hakim hazırladığı protokolu otaqda yer alan printer vasitəsiylə özü çap etməlidir. Və yaxud komandalar tərəfindən hakimlərin gəlişindən öncə otaqda yerləşdirilməlidir.

11. Hakim otağına sərinləşdirici içkilər meydan sahibi klub tərəfindən qoyulur. 

 



Məşqlərlə bağlı göstərişlər

Klublara AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. Məşqlərdə riayət olunmalı ümumi müddəalar aşağıdakılardır: 

1. Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər.
2. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.
3. Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır.
4. Əgər futbolçuların  bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.  
5. Qapalı zalların istifadəsinə icazə verilmir.
6. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir.
7. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər.
8. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.
9. TƏBİB-in tələb və tövsiyələri əsasında klublara yeni sanitar-gigiyenik qaydalar göndərilə bilər.


Yoldaşlıq görüşləri ilə bağlı qaydalar

1. Klublar hazırlıq dövründə keçirəcəyi yoxlama oyunları ilə bağlı Peşəkar Futbol Liqasına öncədən məlumat verməlidir.

2. Yuxarıda qeyd olunan bütün qaydalar yoldaşlıq oyunları üçün də keçərlidir. Klublar, hakimlər və oyunun təşkilinə cavabdeh olan digər şəxslər Əsasnamənin müxtəlif bəndlərində qeyd olunan bütün qaydalara riayət etməlidirlər. Bütün bu məqamlar üçün komandalar məsuliyyət daşıyır.


Testin nəticəsi müsbət çıxarsa

Əgər futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə  müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Tibbi maskadan istifadə etməli olan şəxslər

* oyunun startına qədər stadiona gələn hər kəs tibbi maskada olmalıdır (oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər)

* Oyunun gedişində tibbi maska taxmayacaq şəxslər:
 - baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir)  oyunçular.
- Oyunun şərhçisi
- əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır.
- tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir
* Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.


Stadionun zonalara bölünməsi

Covid-19 qlobal pandemiyası dövründə futbol oyunlarının təşkilində (beynəlxalq və yerli liqaların) Azərbaycan ərazisindəki müvafiq stadionlarda maksimum iştirakçı sayının (futbolçular, hakimlər, rəsmi nümayəndələr, oyun təşkilatçıları, KİV nümayəndələri, məşqçi heyəti, qonaqlar və digər) müəyyənləşməsinə dair hazırlanmış və sənədin hazırlanmasında UEFA tərəfindən dərc edilmiş, yerli federasiyalara tövsiyə və qərar vermək üçün  əsas vasitə kimi göstərilmiş “UEFA Return to Play Protocol” vəsaiti və bir sıra ölkələrin təcrübəsi əsas götürülmüşdür.

 

Əldə olunan təcrübə və tövsiyələrə əsasən müvafiq stadionların 4 Zonaya bölünməsi məqsədəuyğun hesab edilir:

Zona – 1
Ümumi – 110 nəfər

Azərbaycan Premyer Liqası, Azərbaycan kuboku və I Divizion üçün

Əsas oyunçular -  22 nəfər

Ehtiyat oyunçular – 24 nəfər

Hakimlər – 4 nəfər

Texniki heyət – 30 nəfər (texniki zona və əlavə yerlər daxil)

Topdaşıyanlar – 4

Xərəkdaşıyanlar – 4

Top və xərəkdaşıyanlara nəzarət edəcək şəxs – 1 nəfər

Təmizlik işçiləri – 3

Mühafizə - 0

Tibb işçiləri - 2

AFFA nümayəndəsi -1

Hakim-inspektor – 1

Dopinq nəzarəti – 4 nəfər

Gigiyenaya nəzarət – 1 nəfər

Meydançaya nəzarət və texniki işçilər – 3

Polis – 4 nəfər

TV – 2 nəfər (Stadion ətrafında çəkiliş və texniki işçilər)

 


Zona – 2
Ümumi – 110 nəfər

Azərbaycan Premyer Liqası, Azərbaycan kuboku və I Divizion üçün

Qonaq komanda ümumi nümayəndə heyəti – 15

Meydan sahibi komanda ümumi nümayəndə heyəti -15

Heyətə daxil edilməyən oyunçular – 0

Video analiz kameraları -2 nəfər (yerli və qonaq komanda)

Polis - 10

Stadion işçiləri – 5 nəfər

Ketrinq – 0

Canlı yayım işçiləri – 7 nəfər

FHN -3 nəfər

Təcili Tibbi Yardım – 3

Fotoqraflar – 10

Meydançaya nəzarət və texniki işçilər – 6

A milli – 5 nəfər

U-21 – 3 nəfər

U-19 – 1 nəfər

AFFA – 15 nəfər (müxtəlif depr daxildir)

PFL -10 nəfər (kameramanlar daxildir)

Jurnalistlər / Stadion media tutumunun 1/3 hissəsi qədər

 

 

Zona – 3
Ümumi – 16+ nəfər

Azərbaycan Premyer Liqası, Azərbaycan kuboku və I Divizion üçün

Canlı yayım işçiləri – 10 nəfər

Mühafizə və polis (DİN-in tövsiyəsi və stadion tutumuna uyğun olaraq)

Stadion işçiləri  - 6 nəfər

“SKY-Box”lardan istifadə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah, TƏBİB və digər müvafiq strukturların tələb və tövsiyələri əsas götürüləcək. Yerli liqanın keçirildiyi stadionda bu mümkün deyilsə, klub bununla bağlı oyunöncəsi iclasda məlumat verməli və AFFA nümayəndəsi ilə birgə xüsusi yer ayrılmalı və şəxslər həmin ərazidə yerləşdirilməlidir. Bu şəxslər arasında sosial məsafə qorunmalıdır.



Zona – 4
Say mövcud vəziyyətə uyğun olaraq  dəyişiləcək

Azərbaycan Premyer Liqası, Az kuboku və I Divizion üçün

Polis və mühafizə (DİN-in tövsiyəsinə uyğun olaraq)

Əlavə nəqliyyat vasitələri

İşin təşkilinə birbaşa və dolayı yolla təsiri olan şəxslər və əlavə vasitələr

 


Aydınlaşdırma və jurnalist sayının müəyyən edilməsi ilə stadionlarımızın media tribunası və mətbuat konfransı otağının ümumi tutumunu təqdim edirik. Bununla bağlı məsələlərlə AFFA nümayəndəsi, Peşəkar Futbol Liqası və yerli klub məşğul olacaq.  

 

s/s

Stadion

Media sektor

Mətbuat konfransı

1

Tofiq Bəhramov ad. Respublika stadionu

256

70

2

Azersun Arena

50

25

3

Kapital Bank Arena

20

40

4

Bakcell Arena

79

40

5

Zirə Olimpiya Kompleksi

20

25

6

Bayıl Arena

20

25

7

Qəbələ şəhər stadionu

25

25

8

ASK Arena

62

30

9

Bank Respublika Arena

40

25

 

 



 

 

 

 

 


Qeyd: Azərbaycan Respublikası ərazisində «COVID-19» pandemiyasının vəziyyəti ilə əlaqədar olaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla, müxtəlif vaxtlarda yuxarıda qeyd olunan mövcud bütün qaydalara dəyişiklik edilə bilər.

Yekun

Yuxarıda qeyd olunan bütün məqamlara nəzarət ediləcək və  qəbul olunmuş yeni qərarlarla bağlı qayda pozuntuları (tövsiyələr xaric) protokolda qeyd olunacaq. Qeydə alınmış qayda pozuntuları İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.  Əsasnaməyə əlavələr təsdiq olunduğu tarixdən qüvvəyə minir.

   Turnir cədvəli
Xəbər arxivi
« Oktyabr 2020 »
1 2 3 4 5 6 7
28293001 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 3101
02030405060708
Press reliz
20.09.2020
Azərbaycan Premyer Liqası, 2020/21-ci illər mövsümünün təqvimi
21.08.2020
2020/2021-ci illər mövsümünün Əsasnaməsinə Əlavə
01.06.2020
"COVID-19" pandemiyasına görə dayandırılmış Premyer Liqa və Azərbaycan Kuboku yarışlarının qalan hissəsinin yeni təqvimi
02.09.2019
Azərbaycan Premyer Liqası, 2019/2020-ci illər mövsümünün təqvimi
21.08.2019
I Divizion, 2019/2020-ci illər mövsümünün təqvimi
16.08.2018
I Divizion, 2018/2019-cu illər mövsümünün təqvimi
Sorğu
Premyer Liqada favoritiniz hansıdır?
Sabah
Səbail
Sumqayıt
Zirə
Keşlə
Neftçi
Qarabağ
Qəbələ
> Nizamnamə
Struktur
> Xəbərlər
> Premyer Liqa
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: