18.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

MOİK 3-1 "Mingəçevir" - Videoicmal

Slide 1

"İrəvan" 2-6 "Şamaxı" - Videoicmal

Slide 1

MOİK - "Mingəçevir" canlı yayım

Slide 1

"İrəvan" - "Şamaxı" canlı yayım

Slide 1

I Liqa: XXII turun təyinatları

Slide 1

Misli Premyer Liqasının XXXI turu rəqəmlərin gözü ilə

Slide 1

“Ağdaş” 1-3 “Cəbrayıl” – Videoicmal

   Ramin Musayev: “Bütün klublarımızın yanındayıq” – Fotolar      2020-08-12

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün püşkatması keçirildi. “CBC Sport” kanalı ilə canlı yayımlanan, klub və mətbuat nümayəndələri üçün qapalı olan mərasimi giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev bütün izləyiciləri salamladı, futbol üçün darıxdığımızı dilə gətirdi. Yeni mövsümün 21 avqustda başlayacağını, Covid-19 pandemiyasına görə yaranmış vəziyyətdə çempionatımızda bir sıra yeniliklərin olacağını qeyd edən Şahgəldiyev yeniliklər barəsində ətraflı danışmaq üçün sözü Peşəkar Futbol Liqasının pezidenti Ramin Musayevə ötürdü. PFL prezidenti yeni mövsümü dəyərləndirdi:
“Ekran başında bizi izləyən hər kəsi salamlayıram. Bütün futbol ailəsinin gözü aydın olsun, yeni mövsümə başlayırıq. Ümid edirəm ki, yeni mövsüm keçən ilkindən fərqli olaraq sona qədər keçiriləcək. Bu mövsüm bir sıra yeniliklər tətbiq edəcəyik. Bilirsiniz ki, əvvəllər qərar var idi ki, vəziyyətlə əlaqədar olaraq oyunlarda 5 dəyişikliyə icazə verilsin. Biz bu barədə apardığımız müzakirələrdən sonra qərara gəldik ki, 2020/2021 mövsümündə futbolçu dəyişikliyi sayı 3 olsun. Daha sonra oyunçu limiti ilə bağlı demək istəyərdim ki, keçən il olduğu kimi qalacaq. Komandalar meydançaya 6 legioner, 4 yerli, 1 1998 və ya daha gənc təvəllüdlü futbolçu ilə çıxa bilərlər. Klublarımızdan xahiş edirik ki, virusun yayılmasının qarşısını almaq üçün bütün qaydalara tam olaraq riayət etsinlər. Qaydalar haqqında məktubları onlara göndərmişik. Stadiona gələn klub nümayəndələri mütləq maska taxmalıdırlar. Yalnız baş məşqçi, futbolçu və hakimlər maska taxmaya bilərlər. Oyundan öncə komandaların şəkil çəkdirməsi, oyunçuların bir-biri və hakimlə görüşməsi qadağan olunur. Görüşlər azarkeşsiz keçiriləcək. Bu fanatlarımızın özlərinin sağlamlığı üçün vacibdir. Bizi başa düşəcəyinizə inanırıq. Avrokuboklarda iştirak edəcək bütün klublarımıza uğurlar arzu edirik. Mətbuatda yazıldığı kimi, püşkün düşərli olduğunu düşünürəm, amma arxayınlaşmaq olmaz. Bütün komandalarımız Azərbaycanı təmsil edir. Hamınızın yanındayıq”.

Daha sonra söz demək növbəsi futbol veteranı, idman şərhçisi, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılova çatdı:

“Nəhayət ki, çoxsaylı yerli çempionat azarkeşlərinin gözlədiyi gün gəlib çatdı. Təbii olaraq pandemiya bütün sahələrə olduğu kimi futbola da ziyanlar vurdu. İstənilən halda futbolçularımızın sağlamlığı əsas prioritet olduğu üçün mövcud vəziyyətlə barışmaq lazımdır. Avrokuboklarda iştirak edən klublarımızın əzmkarlıq göstərəcəklərinə inanıram. Bütün klublarımıza, avrokuboklarda iştirak edənlərə uğurlar arzulayıram. Bayramınız mübarək! Bu gün bizim futbol bayramımızdır.”

Daha sonra Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov yeni mövsüm  barəsində bəzi məlumatlar verdi:

“Məndən öncə Ramin müəllim yeni mövsümlə bağlı əsas məsələlərə aydınlıq gətirdi. Mən sadəcə bəzi əlavələr etmək istəyərdim. Bu mövsüm biz Əsasnamə ilə yanaşı, Əsasnaməyə əlavə də yazacağıq. Pandemiya ilə əlaqəli qaydalar Əlavədə qeyd olunacaq. Əlavəni yazarkən Avropa Peşəkar Futbol Liqaları ilə qarşılıqlı təcrübədən, beynəlxalq qaydalardan yararlanmışıq. İlk dəfə olaraq stadionlarımız zonalara bölünəcək. Əsasnaməyə əlavə tam hazır olan kimi bu barədə bütün ictimaiyyət məlumatlandırılacaq.”

Tədbirin sonunda PFL prezidenti Ramin Musayev “CBC Sport”un şərhçisi Pərviz Musayevin suallarını cavablandırdı:

Sizi püşkatma münasibətiylə təbrik edirəm. “Şər deməsən, xeyir gəlməz” deyirlər. Əgər çempionatın gedişində futbolçulardan hər hansı birində virusa yoluxma olsa, hansı qərarlar  veriləcək? Vəziyyət necə tənzimlənəcək?

- Elə bir an yaşamaq istəməzdik. Əgər virusa yoluxma olsa, bizdən üst qurumların verdiyi qərarlar əsasında hərəkətlər edəcəyik.

Avrokuboklarda iştirak edən komandalardan hansısa I turda oyunun təxirə salınmasını istəsə, təxirə salınacaqmı? Və göründüyü qədəri ilə bir tur oynanıldıqdan sonra milli komandanın toplanışı ilə bağlı çempionatımızda fasilə olacaq?

- Bəli, düz buyurursunuz. Milli komandamızın yeni baş məşqçisinin istəyi ilə 28 avqustda təlim-məşq toplanışının başlaması nəzərdə tutulub. 21-i çempionat başlayacaq. Əgər baş məşqçi təlim-məşq toplanışı etməsə, avqustun 30-da 2-ci turu keçirməyi düşünürdük.

Pandemiya bir sıra qurumlara maddi planda ziyanlar vurub. Bu mövsüm sponsorun olmayacağı dəqiqdir, yoxsa mövsümün gedişində titul sponsoru ola bilər?

- Düz deyirsiniz ki, pandemiya bir çox şirkətlərə, qurumlara maddi ziyanlar vurub. Ötən mövsümün sonuna yaxın, mart-aprel aylarında yeni sponsorla müqavilə bağlamağımız gözlənilirdi. Təəssüf ki, mövcud vəziyyətlə əlaqədar alınmadı. Lakin mövsümün gedişində ola bilər ki, eyni şirkətlə sövdələşməyə gedək. Bunu zaman göstərəcək.

 

 

   Turnir cədvəli
1 Qarabağ 30 72
2 Neftçi 30 47
3 Zirə 30 46
4 Sumqayıt 30 44
5 Sabah 30 43
6 Turan Tovuz 30 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 30 16
Ətraflı
1 Qaradağ Lökbatan 21 45
2 Şamaxı 22 42
3 İmişli 21 42
4 MOİK 22 41
5 Karvan 21 32
6 Zaqatala 21 23
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 21 16
10 Araz Saatlı 21 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 1718 19 20 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: