Bu gün Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev, Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov və futbol veteranı, idman şərhçisi, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov iştirak etdilər. İlk turu 21 avqustda başlayacaq yeni mövsümün startında üz-üzə gələcək cütlükləri aşağıdakı kimidir: “Neftçi”–“Səbail” “Sumqayıt”–“Keşlə” “Qarabağ”–“Sabah” “Qəbələ”–“Zirə”
Qeyd: Turun təqvimi barədə ən qısa zamanda məlumat veriləcək.
|