Peşəkar Futbol Liqası 2020/2021-ci illər futbol mövsümü üçün akkreditasiya qeydiyyatına start verir. PFL-in keçirdiyi yarışlar üçün akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər aşağıdakı məlumatları bu gündən etibarən avqust ayının 13-dək [email protected] ünvanına göndərə bilərlər:
1) Ad və soyad;
2) Akkreditasiya vəsiqəsinin növü (press, foto, tv);
3) Təmsil etdiyi KİV;
4) İş yerindən verilən vəsiqənin surəti;
5) 3x4 ölçüdə fotoşəkil
Qeydlər:
- Akkreditasiya qeydiyyatı mövsüm boyu davam edəcək. İlkin akkreditasiyaya gecikənlər, şərtlərə tam cavab verməyənlər, işə yeni qəbul olunacaq şəxslər mövsümün gedişində müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciətdən sonrakı ayın ilk həftəsində təqdim olunacaq.
- Peşəkar Futbol Liqasının növbəti mövsüm üçün akkreditasiyası futbolla birbaşa əlaqəsi olan KİV nümayəndələrinə veriləcək. Ötən mövsüm qeydiyyatdan keçib Premyer Liqa oyunlarında iştirak etməyən, akkreditasiyasını götürməyən KİV nümayəndələrinə vəsiqə verilməyəcək.
- Akkreditasiya üçün müraciət edildikdən sonra vəsiqənin verilməsi tam olaraq PFL-in səlahiyyətindədir.
|