2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların bu gün "Azersun Arena"da təqdim olunacağını xəbər vermişdik. Tədbirin vaxtında və planında müəyyən dəyişiklik edilib. Belə ki, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Tədbir canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq. Medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.
|