Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub. İlk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır. Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb. Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə. “Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib. Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.
AZƏRBAYCAN ÇEMPİONATLARI BÜTÜN MÜKAFATÇILAR
|
mövsüm
|
çempion
|
II yer
|
III yer
|
1992
|
Neftçi (Bakı)
|
Xəzər (Sumqayıt)
|
Turan (Tovuz)
|
1993
|
Qarabağ (Ağdam)
|
Xəzər (Sumqayıt)
|
Turan (Tovuz)
|
1993/94
|
Turan (Tovuz)
|
Qarabağ (Ağdam)
|
Kəpəz (Gəncə)
|
1994/95
|
Kəpəz (Gəncə)
|
Turan (Tovuz)
|
Neftçi (Bakı)
|
1995/96
|
Neftçi (Bakı)
|
Xəzri (Buzovna)
|
Kəpəz (Gəncə)
|
1996/97
|
Neftçi (Bakı)
|
Qarabağ (Ağdam)
|
Xəzri (Buzovna)
|
1997/98
|
Kəpəz (Gəncə)
|
Dinamo (Bakı)
|
Şəmkir
|
1998/99
|
Kəpəz (Gəncə)
|
Şəmkir
|
Neftçi (Bakı)
|
1999/2000
|
Şəmkir
|
Kəpəz (Gəncə)
|
Neftçi (Bakı)
|
2000/01
|
Şəmkir
|
Neftçi (Bakı)
|
Viləş (Masallı)
|
2001/02
|
Yarımçıq qalıb
|
|
|
2002/03
|
Keçirilməyib
|
|
|
2003/04
|
Neftçi (Bakı)
|
Şəmkir
|
Qarabağ-Azərsun (Ağdam)
|
2004/05
|
Neftçi (Bakı)
|
Xəzər-Lənkəran
|
Karvan (Yevlax)
|
2005/06
|
Bakı
|
Karvan (Yevlax)
|
Neftçi (Bakı)
|
2006/07
|
Xəzər-Lənkəran
|
Neftçi (Bakı)
|
Bakı
|
2007/08
|
İnter (Bakı)
|
Olimpik (Bakı)
|
Neftçi (Bakı)
|
2008/09
|
Bakı
|
İnter (Bakı)
|
Simurq (Zaqatala)
|
2009/10
|
İnter (Bakı)
|
Bakı
|
Qarabağ (Ağdam)
|
2010/11
|
Neftçi (Bakı)
|
Xəzər Lənkəran
|
Qarabağ (Ağdam)
|
2011/12
|
Neftçi (Bakı)
|
Xəzər Lənkəran
|
İnter (Bakı)
|
2012/13
|
Neftçi (Bakı)
|
Qarabağ (Ağdam)
|
İnter (Bakı)
|
2013/14
|
Qarabağ (Ağdam)
|
İnter (Bakı)
|
Qəbələ
|
2014/15
|
Qarabağ (Ağdam)
|
İnter (Bakı)
|
Qəbələ
|
2015/16
|
Qarabağ (Ağdam)
|
Zirə (Bakı)
|
Qəbələ
|
2016/17
|
Qarabağ (Ağdam)
|
Qəbələ
|
İnter (Bakı)
|
2017/18
|
Qarabağ (Ağdam)
|
Qəbələ
|
Neftçi (Bakı)
|
2018/19
|
Qarabağ (Ağdam)
|
Neftçi (Bakı)
|
Səbail (Bakı)
|
2019/20
|
Qarabağ (Ağdam)
|
Neftçi (Bakı)
|
Keşlə (Bakı)
|
Premyer Liqanın mükafatçıları klublar üzrə
Klub
|
I
|
II
|
III
|
Cəmi
|
Neftçi (Bakı)
|
8
|
4
|
6
|
18
|
Qarabağ (Ağdam)
|
8
|
3
|
3
|
14
|
Kəpəz (Gəncə)
|
3
|
1
|
2
|
6
|
Keşlə (Bakı)
|
2
|
3
|
4
|
9
|
Bakı
|
2
|
2
|
2
|
6
|
Şəmkir
|
2
|
2
|
0
|
4
|
Turan (Tovuz)
|
1
|
1
|
2
|
4
|
Xəzər Lənkəran
|
1
|
3
|
0
|
4
|
Qəbələ
|
0
|
2
|
3
|
5
|
Xəzər (Sumqayıt)
|
0
|
2
|
0
|
2
|
Xəzri (Bakı)
|
0
|
1
|
1
|
2
|
Karvan (Yevlax)
|
0
|
1
|
1
|
2
|
Şüvəlan (Bakı)
|
0
|
1
|
0
|
1
|
Zirə (Bakı)
|
0
|
1
|
0
|
1
|
Simurg (Zaqatala)
|
0
|
0
|
1
|
1
|
Viləş (Masallı)
|
0
|
0
|
1
|
1
|
Səbail (Bakı)
|
0
|
0
|
1
|
1
|
Qeyd: “Bakı” əvvəl “Dinamo”, “Keşlə” əvvəl “İnter”, “Şüvəlan” əvvəl “Olimpik” adlanıb. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun” adını daşıyıb.
|