İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Qəbələ” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Ülvi İsgəndərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
|