“Sumqayıt Şəhər” yoxlama oyunu keçirəcək 2012-02-02
“Sumqayıt Şəhər” klubu yoxlama oyunu keçirməyi planlaşdırır. Klubdan verilən məlumata görə, Sumqayıt təmsilçisi fevralın 3-də “Dalğa Arena”da Unibank Premyer Liqası təmsilçisi “Rəvan”la qarşılaşacaq. Oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt Şəhər” fevralın 2-dən 5-dək hazırlıqları Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək, daha sonra isə məşqlər “Dalğa Arena”da davam etdiriləcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.