Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” Nikosiyada APOEL-in qonağı oldu. İlk hissədə Maksim Medvedevin qolu ilə hesabda önə keçən ağdamlılar ikinci yarıda 2 top buraxaraq məğlub oldular. Bu nəticədən sonra APOEL və “Qarabağ” 4 xalla qrupda 2 və 3-cü yerləri bölüşürlər. Qeyd edək ki, “köhlən atlar” növbəti görüşünü 28 noyabrda səfərdə “Sevilya”ya (İspaniya) qarşı keçirəcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.