İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın X turunun “Neftçi” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın X turunun “Qəbələ” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın X turunun “Zirə” – “Sumqayıt” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. “Zirə” komandası oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat cərimə olunur . Oyunun ikinci hissəsi “Zirə” klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəblə klub 2400 manat cərimə olunur.
Premyer Liqanın X turunun “Səbail” – “Keşlə” matçında “Səbail” klubunun gecikməsi səbəbilə oyun 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “Səbail” klubunun 7 №-li futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunur.
I divizionun IX turunun “Neftçi” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 81-ci dəqiqəsində “Neftçi” klubunun 39 №-li futbolçusu Əlibəy Məmmədli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyunun 90+1-ci dəqiqəsində “Səbail” klubunun 92 №-li futbolçusu Ruslan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I divizionun IX turunun “Keşlə” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunda xərək daşıyan uşaqlarının yaşı əsasnaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur.
I divizionun IX turunun “Sumqayıt” – “Sabah” matçının 67-ci dəqiqəsində “Sabah” klubunun 3 №-li futbolçusu Eldost Qiyasbəyli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I divizionun IX turunun “Ağsu” – “Turan Tovuz” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
|