Sentyabrın
19-da Peşəkar Futbol Liqası və Topaz arasında Azərbaycan Premyer Liqasının
titul sponsorluğu müqaviləsi imzalanacaq. “Park İnn” mehmanxanasının “Dan
ulduzu” zalında keçiriləcək mərasim saat 15:00-da başlayacaq. Tədbirdə Fransanın "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular - Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar iştirak edəcəklər.
|