![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Azərbaycan Premyer Liqasının V turunun “Bakı” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Matçda “Neftçi” klubun azarkeşləri tərəfindən 27 oturacaq, “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən isə 34 oturacaq sındırılmışdır. Bu səbəbdən hər iki klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin (maddə 50). Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Bakı” – “Turan” matçında “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Rəvan” – “Simurq” matçının 75-ci dəqiqəsində “Simurq” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 90+5-ci dəqiqəsində “Kəpəz” klubunun 15 №-li futbolçusu Elmar Əhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionunun II turunun “Bakılı” – “Qala” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 33-cü dəqiqəsində “Qala” klubunun 14 №-li futbolçusu Yevgeni Myakov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Matçın 86-cı dəqiqəsində “Bakılı” klubunun inzibatçısı Babək Mahmudov hakimə qarşı təhqiredici hərəkətə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4). Oyun başa çatdıqdan sonra “Bakılı” klubunun baş məşqçisi Asəf Namazov hakim-inspektoru təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
|