![](uploads/neftchimtng.jpg) AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın
inzibati binasında UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması
münasibətilə “Neftçi” klubunun kollektivini qəbul edib.
Rövnəq Abdullayev “Neftçi”nin bu nailiyyətini Azərbaycan
futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib: “UEFA Avropa
Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız münasibətilə sizi Respublika
Prezidenti cənab İlham Əliyevin adından təbrik edirəm. Bu uğuru qazanmaqla “Neftçi”
ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Ümid edirəm ki, Avropa
Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla “Neftçi” bizi
sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın “Partizan” klubu ilə
qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir.
Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək
və gələcək uğurların əsasını qoyacaqsınız”.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev çıxış edərək bu
nailiyyətin qazanılmasında “Neftçi”nin hər bir üzvünün payı olduğu kimi,
futbolun inkişafı məqsədilə AFFA-nın müəyyənləşdirdiyi strategiyanın da böyük
rol oynadığını bildirib və komandaya verdiyi dəstəyə görə AFFA rəhbərliyinə minnətdarlığını
bildirib.
“Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov
kluba göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, “Neftçi”nin UEFA
Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində “Rövnəq
Abdullayev” yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib. ![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6057.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6046.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6062.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6067.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6076.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6081.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6107.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6116.jpg)
![](http://pfl.az/uploads/neftchimeetin/DSC_6133.jpg)
|