Azərbaycan Premyer Liqasının V turu mövsümün ilk pokeri ilə əlamətdar
oldu. AZAL klubunun futbolçusu Junior Nildo “Qarabağ”la qarşılaşmada 4 qol
vurmaqla adını tarixə yazdırdı.
Braziliyalı futbolçu həm də AZAL-ın tarixində çempionatda 4 qol vurmağı bacaran
ilk oyunçu oldu. İndiyədək Azərbaycan çempionatları tarixində poker müəllifi
olanlar arasında AZAL-ın üzvü yox idi.
Junior çempionatların 20 illik tarixində 34-cü pokerin müəllifi oldu. Sonuncu
belə poker 2009/10 mövsümündə rəsmiləşmişdi. “Standard”da çıxış edən Fərid
Quliyev “Karvan”ın qapısına 4 qol vurmuşdu
Azərbaycan çempionatının bütün pokerləri
1992 - 7
Samir Ələkbərov (“Neftçi”) - 2, İlham Məmmədov (“Turan”), Qurban Qurbanov (“Daşqın”),
Nazim Əliyev (“Xəzər” Sumqayıt), Əli Abuşov (“Plastik”), Mehman Allahverdiyev (“Kəpəz”)
- 1.
1993/94 - 4
Səməd Nəbiyev (“Azəri”), Alay Bəhramov (“Viləş”), İmamyar Süleymanov (“Kəpəz”),
Musa Qurbanov (“Turan”) 1.
1994/95 - 2
Yadigar Süleymanov (“Kəpəz”), Nazim Əliyev (“Neftçi”) - 1.
1995/96 - 4
Fazil Pərvərov (“Kəpəz”) - 2, Rövşən Əhmədov (“Kəpəz”), Nazim Əliyev (“Neftçi”)
- 1.
1996/97 - 3
Vüqar Qurbanov (“Bakı fəhləsi”), Elbrus Qasımov (“Kəpəz”), Nadir Nəbiyev (“Turan”)
- 1.
1997/98 - 2
Bəxtiyar Hüseynov (“Bakı fəhləsi”), Yalçın Bağırov (“Qarabağ”) - 1.
1998/99 - 2
Nazim Əliyev (“Dinamo”), İsmayıl Məmmədov (“Kimyaçı”) - 1.
2001/02 - 1
Zaur Tağızadə (“Şəfa”) - 1.
2003/04 - 1
Samir Musayev (“Qarabağ”) - 1.
2004/05 - 3
İssa Nikiema (“Gənclərbirliyi”), Mixail Xutsişvili (“Kəpəz”), Fernando Peres (“Bakı”)
- 1.
2005/06 - 1
Samir Əliyev (“İnter”) - 1.
2007/08 - 1
Vitali Balamestnı (“Qəbələ”) - 1.
2008/09 - 1
İvan Svetkov (“Xəzər Lənkəran”) - 1
2009/10 - 1
Fərid Quliyev (“Standard”) – 1
2012/13 – 1
Junior Nildo (AZAL) - 1
|