![](uploads/revan-simurq-2012.jpg) Premyer Liqanın V turunda "Simurq"u qəbul edən "Rəvan" meydanı məğlub tərk edib - 0:2. Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyun çox maraqlı və gərgin keçdi. İlk hissənin
sonlarında oyuna nəzarəti itirdik. Fasilədə futbolçularıma oyunda nəzarəti ələ
almaq, daha çox topa sahib olmaqla qol imkanları yaratmaq tapşırıqlarını verdim. Nəticədə
əldə etdiyimiz qol imkanlarından yararlanıb qələbə qazandıq. “Rəvan” çox gözəl
təşkil olunmuş, güclü komandadır".
Bəhmən Həsənov, "Rəvan" klubunun baş məşqçisi: "Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Futbol
mövqelər uğrunda mübarizədir. Mövqeləri kim daha tez qazanırsa, o da qalib gəlir.
“Rəvan”ın oyun üslubunda müəyyən dəyişikliklər etmişəm. İkinci hissədə oyun
nizam-intizamımızı itirdiyimizə görə qapımızda qol gördük. Rəqibimizin mövqeləri ələ keçirməsinə imkan yaratdıq. Gələcəkdə bu səhvləri aradan qaldırmağa
çalışacağıq".
|