Premyer Liqanın V turunun mərkəzi qarşılaşmasında "Xəzər Lənkəran"ı qəbul edən "Neftçi" 2:1 hesabıyla qələbə qazandı. Böyükağa Hacıyev,
“Neftçi” klubunun baş
məşqçisi:
“Biz oyun üslubumuzu bir
qədər dəyişmək məcburiyyətində qalmışdıq. Çünki “Xəzər Lənkəran”la oyunu
Serbiyanın “Partizan” klubunun məşqçisi də izləyirdi. Mən sehrbaz deyiləm. Ona
görə də gələn həftə nə olacağını deyə bilmərəm. Ola bilər ki, “Sumqayıt”a uduzub, “Partizan”ı məğlub edək. Hər şeyə
rəğmən, bu gün biz nəticəyə oynadıq. Nəticə də məni qane edir”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi:
“Biz futbol oynadıq, “Neftçi” qələbə qazandı. Çoxlu qol imkanlarımız olsa da,
yararlana bilmədik. Qapıçının səhvinə gəlincə, mən Orxan Sadıqlıya inanıram. O,
perspektivli qapıçıdır. Bu günlərdə daha bir
qapıçı düşərgəmizə gəlməlidir”.
|