![](uploads/kapaz-qabala-2012.jpg) Premyer Liqanın V turunda “Kəpəz” doğma azarkeşləri önündə "Qəbələ"ni minimal hesabla məğlub etdi. Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi:
“"Qəbələ”
Azərbaycanın ən güclü komandalarındadır. Futbolçularım gözəl oynadılar. İlk
hissədə qol vura bildik. Bu da bizim üçün böyük ruh yüksəkliyi yaratdı. Bizim
üçün çətin oyun olasa da, uşaqlar bacardıqlarını etdilər və qələbə qazandıq. Qələbə
münasibətilə “Kəpəz” klubunun rəhbərliyini və azarkeşləri təbrik edirəm. “Qəbələ”yə
gələcək oyunlarda uğurlar arzulayıram”.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Kəpəz”i qələbə
münasibətilə təbrik edirəm. İstədiyimiz qolu vura bilmədik. Buna görə də müdafiəni
düzgün qura bilmədik. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. İlk
hissədə qapımızdan qol buraxdıq, ikinci hissədə bunun əvəzini çıxmağa çalışsaq
da, bacarmadıq. Nəticədə məğlub olduq”.
|