“Qarabağ” Premyer Liqanın V turunda AZAL-la keçirəcəyi oyunun
hazırlıqlarının son mərhələsinə qədəm qoyur. Klubdan verilən məlumata görə, bu gündən
etibarən Ağdam təmsilçisi oyuna tam heyətlə hazırlaşa biləcək. Belə ki, milli komandanın
düşərgəsində olan oyunçuların dönüşüylə “Qarabağ” səhər və axşam çalışmalarında
tam heyətlə məşq edəcək. Səhər məşqi “Sərin” mehmanxanasının meydançasında,
axşam məşqi isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.
|