27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   UEFA reytinqi: İrəliləyiş və görünən üfüqlər       2012-09-03
Avropa Liqasının IV təsnifat mərhələsində uğurlu çıxış edən Bakının “Neftçi” klubu yarışın qrup mərhələsinə düşməklə tarix yazdı. Son Azərbaycan çempionu avrokubokların qrupuna düşən ilk təmsilçimiz olmağı bacardı. Paytaxt təmsilçisi buna Kiprdə APOEL üzərində qazandığı səfər qələbəsi ilə nail oldu.

Həmin 3:1 hesablı qələbə Azərbaycanın UEFA reytinqinə növbəti xallar əlavə etdi. Təsnifat mərhələsində 1 qələbə 1 xalın ölkə təmsilçilərinin sayına nisbətinə bərabər olduğundan Kiprdəki qələbə Azərbaycan üçün 1:4, yəni 0,250 xalla əlamətdar oldu. Bununla da klublarımızın 2012/13 mövsümündə yığdığı xalların ümumi nəticəsi 2,250-yə bərabər oldu. Bunun 0,875-i “Neftçi”nin, 0,750-si “İnter”in, 0,500-ü “Xəzər Lənkəran”ın, 0,125-i “Bakı”nın payına düşür.

Cari mövsüm topladığı xallara görə Avropada 20-ci olan Azərbaycan son 5 mövsümə əsasən hesablanan reytinq siyahısında 7,791 xalla 34-cü pillənin vahid sahibi olub. 2012-ci ilin reytinqində 37-ci olan ölkəmiz “Neftçi”nin Kipr zəfərinə qədər 34-cü yeri Moldova ilə bölürdü. Nikosiyadakı qələbə sayəsində Moldova da arxada qaldı.

2013-cü ilin ölkələr üçün UEFA klub reytinqi
(təsnifat mərhələsindən sonra)

Rekord, rekord, rekord

1994/95 mövsümündə avrokuboklarda debüt edən Azərbaycan 18 illik qitə kubokları tarixində ən yaxşı nailiyyətini “Neftçi”nin qrupa düşməsi ilə əldə etdi. Lakin bu uğur həm də ölkəmizin UEFA reytinqindəki rekordlarına səbəb oldu. 1 mövsümə 2,250, 5 ilə 7,791 xalın toplanması, üstəlik 34-cü yer futbol tariximizdə indiyədək görünməmiş nəticələrdir. Əslində bu rekord da qeyri-adi heç nə yoxdur. 2008-ci ildən başlayaraq Azərbaycan UEFA reytinqində irəliləməkdə, hər mövsüm rekord müəyyənləşdirməkdə davam edir. Öz xallarını 2006-cı ildən başlayaraq hər dəfə rekord həddə çatdıran Azərbaycan reytinqdəki yerinə görə 2007-ci ildəki 44-cü pilləni 5 ildə 10 addım irəli – 34-cü yerə dəyişib.

Azərbaycan UEFA reytinqində

Yalnız irəli!

Hazırda 7,791 xalla 34-cü olan Azərbaycan üçün bu, son hədd deyil. Çünki “Neftçi” Avropa liqasının qrup mərhələsində daha 6 oyun keçirəcək. 1999-cu ildən öz meydanında avrokubok oyunu uduzmayan bakılıların İtaliya “İnter”i, Rusiya “Rubin”i və Serbiya “Partizan”ı ilə ən azı ev oyunlarında uduzmayacağına ümid etmək olar. Rəqiblər nə qədər güclü olsa da azarkeş dəstəyi qarşısında Azərbaycanın reytinqinə növbəti xallar gətirmək mümkündür.

Tarixdə ilk dəfə təsnifat mərhələsini arxada qoyub əsas mərhələyə keçməyimiz xalların da dəyərini artırıb. Belə ki, artıq “Neftçi”nin qələbəsi 1 deyil, 2, heç-heçəsi 0,5 deyil, 1 xalla qiymətləndiriləcək. Bu isə klublarımızın sayına nisbətinə görə reytinqə müvafiq olaraq 0,500 və 0,250 xal qazandıracaq.

2013-cü ilin ölkələr üçün UEFA klub reytinqinin təsnifat mərhələsindən sonra 34-cü olan Azərbaycan təmsilçisi mübarizəni davam etdirdi. Bu ölkələr arasında sonuncu olan isə məhz Azərbaycandır. Yəni bizdən arxada olan 25 ölkənin təmsilçiləri artıq mübarizəni dayandırıb. Onlardan heç birinin ölkəmizi keçə bilməməsi isə yalnız irəli yolun olduğunu göstərir. İrəliləmək isə o qədər çətin görünmür.

Ən yaxın qonşularımız Bosniya və Herseqovina ilə Finlandiyanın komandası qalmayıb. Onlardan müvafiq olaraq 0,042 və 0,717 xal geri qalırıq. İstənilən 1 heç-heçə ilə balkanlılar arxada qalacaq. Skandinaviyalıları keçib 32-ci pilləyə yüksəlmək üçün isə 1 qələbə və 1 heç-heçə və ya 3 heç-heçə lazımdır. 33-cü yerlə müqayisədə 32-cilik daha çətin görünsə də mümkünsüz deyil.

1,375 xal gerisində qaldığımız, lakin təmsilçisi olmayan Gürcüstanın 30-cu yerinə iddia etmək isə ev qələbələrindən asılıdır. Kiprdə heç kimin gözləmədiyi möhtəşəm oyunu qrupda göstərməklə 3-cü “onluğ”u da hədəfləmək olar. Bunun üçün bizim kimi 1 komandası qalan Sloveniya ilə 1,167 xallıq fərq də aradan qaldırılmalıdır. Çətin, amma mümkün olan vəzifə “Neftçi”nin üzərinə düşür.

Üfüqdə nələr var?

Azərbaycanın UEFA reytinqində irəliləməsi avrokuboklardakı çıxışlarımıza təsirini göstərəcək. Lakin bu, daha çox qarşıdakı mövsümlərdə faydasını verəcək. Bu il “Neftçi”nin qrupa düşməsi, “İnter”lə “Xəzər Lənkəran”ın heç olmasa 1 mərhələ keçməsinin bəhrəsini növbəti yarışlarda bütün klublarımız, ümumilikdə Azərbaycan futbolu görəcək.

Artıq qarşıdakı – 2013/14 mövsümündə demək olar ki, bütün klublarımız püşk zamanı səpələnmişlər səbətində qərarlaşacaq. Çünki 2013-cü ilin UEFA klub reytinqində təmsilçilərimizin mövqeyi və xal hesabı xeyli yaxşılaşıb. Cari mövsüm 2012-ci ilin analoji reytinqi nəzərə alınaraq komandalar səbətlərə bölünürdü. Bunun nəticəsi idi ki, “Neftçi” hər dəfə səpələnməmişlər səbətində yer alıb, özündən yuxarı reytinqli rəqiblə qarşılaşırdı.

Klublarımızın cari mövsümə hansı reytinqlə qatıldığını xatırladaq:

212. “Qarabağ” – 5,241
275. “Bakı” – 3,241
305. “İnter” – 2,491
320. “Neftçi” – 2,241
330. “Xəzər Lənkəran” – 1,991
360. AZAL – 1,491
360. “Simurq” – 1,491

2013/14 mövsümündə isə klublarımızın reytinqi tam fərqli olacaq. “Neftçi”nin qrupda qazanacağı xalları nəzərə almadan bu əmsallar aşağıdakı kimi olacaq:

221. “Qarabağ” – 5,558
246. “Neftçi” – 4,558
267. “Bakı” – 3,808
299. “İnter” – 3,308
323. “Xəzər Lənkəran” – 2,808
371. AZAL – 1,808
371. “Simurq” – 1,808

Bu isə o deməkdir ki, klublarımız ən azı ilk təsnifat mərhələlərində səpələnəcək. Lakin “Neftçi”nin reytinqi daha yüksək ola bilər. Çünki Azərbaycan futbolu tarixində klubumuz əsas mərhələdə xal toplamaq imkanı qazanıb. Bu isə “Neftçi”nin şəxsi reytinqinə daha böyük töhfə verəcək.

Rədd olsun I təsnifat!

Avrokuboklarda ölkələrin təmsilçiliyə UEFA-nın İştirakçılar vərəqi ilə tənzimlənir. Bu isə 1 mövsüm əvvəlki ölkələr üçün UEFA klub reytinqi ilə müəyyənləşir. 2013-cü ilin analoji cədvəli, yəni 34-cü olduğumuz siyahı 2014/15 mövsümünə tətbiq olunacaq. Bu siyahıya əsasən də hansı komandamızın haradan mübarizəyə başlaması müəyyənləşəcək.

Bunun nə demək olduğunu cari – davam edən mövsümün İştirakçılar vərəqinə baxmaqla izah edək. 2011-ci ilin ölkələr üçün UEFA klub reytinqinə əsasən qurulan İştirakçılar vərəqində Azərbaycan 37-ci idi. Ona görə də 1 təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsində, digərləri isə Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başladı. 2013/14 mövsümündə 2012-ci ilin reytinqinə, 37-ci olduğumuz cədvələ əsasən klublar bölünəcək.

2014/15 mövsümündə isə biz 34-cü yerin sahibi kimi olacağıq. 2012/13 mövsümünün İştirakçılar vərəqinə əsasən 34-cü yer üstünlük əldə edib. Bu üstünlük Avropa Liqasındakı 3 təmsilçimizdən birinin – kubokun sahibinin II təsnifat mərhələsindən yarışa qatılmasından ibarətdir. Düzdür, 32-36-cı yerlər cari mövsüm üçün bu üstünlüyü son anda alıb. Belə ki, aşağıdakı cədvəldə rəngli xanalarda göstərilən iştirakçılar UEFA-nın cədvəldəki dəyişikliklərin sayəsində mümkün olub. Bu dəyişikliklər Çempionlar Liqası və Avropa Liqasının qaiblərinin kimliyindən asılı olur. Yəni onların öz ölkələrində hansı nəticəni göstərməsi İştirakçılar vərəqində cüzi dəyişikliklərə səbəb olur. Bir sözlə 34-cü yerlə kubokun sahibinin II təsnifat mərhələsindən başlayacağını təxmin etmək olar. 32-ci pilləyə yüksəlsək isə bu, artıq dəqiq olacaq. 27-ci pillə isə kubokun sahibi ilə yanaşı vitse-çempionu da I təsnifat mərhələsindən azad edəcək. Bizim üçün hələlik uzaq görünən 21-ci yerin sahibi isə I təsnifat mərhələsindən ümumiyyətlə azad olunur. Komandalarımızdan heç olmasa birinin III təsnifat mərhələsindən yarışa başlaması isə yalnız ilk “20-liy”ə düşməyimizdən sonra mümkün olacaq.

2012/13 mövsümü üçün İştirakçılar vərəqi
(2011-ci ilin ölkələr üçün UEFA klub reytinqinə əsasən)

Azərbaycan artıq 32-cidir!

Cari mövsümdə 34-cü olan Azərbaycan 33 və daha yüksək mövqelər üçün hələ çalışmalı, xallar qazanmalıdır. Lakin növbəti mövsümdə işimiz daha asan olacaq. Çünki həmin vaxt 2008/09 mövsümünün nəticələri reytinqdən silinəcək və yerinə yeni mövsümün oyunlarındakı əmsallar gələcək. Ölkəmiz isə həmin mövsümdə nisbətən zəif çıxış etdiyindən arxada qalan 3 tam və cari mövsümün təsnifat oyunlarına görə irəliləmişik. Tam olmayan 4 mövsümün sıralamasında Azərbaycan artıq 32-cidir.

 
2014-cü ilin ölkələr üçün UEFA klub reytinqi
(4-cü mövsümün təsnifat mərhələsindən sonra)
   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: