![](uploads/4564671807pfl.jpg) Topaz Premyer Liqasının XIII turunun oyun cədvəlində dəyişiklik edilib. “Qarabağ” klubunun müraciətini, “Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.
|