I kateqoriyalı FİFA referimiz Əliyar Ağayevə növbəti təyinat gəlib. Azərbaycanlı referi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya) / “Şerif” (Moldova) matçını idarə edəcək. Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasında Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yer alacaq. Qeyd edək ki, Əliyar Ağayev bu oyuna təyinat almaqla qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oyun idarə etmək üçün yaxşı şans əldə etmiş olub.
|