İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 50.2).
Topaz Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXV turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Vüqar Məmmədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur(maddə 62).
I Divizionun XXV turunun “Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XXV turunun “Qaradağ Lökbatan” – “Xəzər” matçında “Qaradağ Lökbatan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|