Azərbaycan
Premyer Liqasının I turunda “Qəbələ” səfərdə “Simurq”un qonağı oldu. Gərgin
idman mübarizəsində keçən oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Yeni mövsümdə hər kəsə uğurlar
arzulayıram. İlk oyunda qalib gəlmək istəyirdik, lakin 1 qol vurmağımıza
baxmayaraq, qapımızdan da bir qol buraxdıq. Baxımlı oyunun şahidi olduq, “Simurq”
yaxşı komandadır”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “İlk oyunlarla hər kəsi təbrik edirəm.
Çətin, amma yaxşı oyun oldu. Qapımızdan top buraxdıqdan sonra əzmkarlıq göstərib
hesabda tarazlığı bərpa etdik. “Qəbələ” kimi rəqiblə oyunda heç-heçə bizim üçün
yaxşı nəticədir”.
|