Azərbaycan
Premyer Liqasının I turunda “Kəpəz” doğma meydanda “Turan”ı qəbul edirdi.
Oyunda hesabı ilk açan tərəf ev sahibi komanda olsa da, “Turan” əzmkarlıq göstərərək
qalib gələ bildi – 2:1.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “İyul 10-dan məşqlərə başlamışıq. Prinsipimiz
əsasən gənc futbolçulara üstünlük verməkdir. Oyunun başlanğıcında da göründü ki,
futbolçular arasında anlaşma istənilən səviyyədə deyil. İlk qolu biz buraxsaq
da, daha sonra komanda yaxşı oyun göstərdi və qalib gəldik”.
Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Biz hazırlıqlara “Turan”dan öncə
başlamışdıq. Bu cür nəticəni gözləmirdik, oyuna yaxşı hazırlaşmışdıq. İlk qoldan
sonra futbolçular ruhdan düşməməli idi. Bu, bizim üçün son deyil, mübarizəmizi
davam etdirəcəyik”.
|