Radomir Todorov “Xəzər Lənkəran”da çıxış edəcək 2012-02-06 |
|
“Xəzər Lənkəran” bolqar futbolçu Radomir Todorovla razılıq əldə edib. Klubun rəsmi saytında yer alan məlumata görə, 2007-2010-cu illərdə cənubluların heyətində çıxış etmiş sol cinah müdafiəçisi yenidən komandanın sıralarına qoşulub. Qeyd edək ki, 31 yaşlı Todorov “Xəzər Lənkəran”ın heyətində 125 oyunda meydana çıxıb və 1 qol vurub. Lənkərandan ayrı olduğu bir il müddətində futbolçu paytaxtın “Bakı” və ölkəsinin “Spartak Varna” klublarında çıxış edib.
|
|
|
|
|
|