İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. I Divizionun X turunun “Şahdağ” – “Ağsu” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Şahdağ” klubunun 8 №-li futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun X turunun “Turan Tovuz” – “Şərurspor” matçının 44-cü dəqiqəsində “Şərurspor” klubunun 5 №-li futbolçusu Qadir Həşimli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun X turunun “Mil-Muğan” – MOİK matçında “Mil-Muğan” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).
|