İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının VII turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 57-ci və 78-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” matçının 40 -cı dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin VII turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin VII turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun IV turunun “Zaqatala” – “Şəmkir” matçında “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun IV turunun “Rəvan” – “Bakılı” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun IV turunun “Şərurspor” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 86-cı dəqiqəsində MOİK klubunun 22 №-li futbolçusu Sənan Bayramzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun IV turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 38 №-li futbolçusu Mübarək Şahquliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
I Divizionun IV turunun “Şahdağ” – “Mil-Muğan” matçının 75-ci dəqiqəsində “Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|