Topaz Premyer Liqasının VII turu “İnter”in hücumçusu Ağabala Ramazanov üçün yubileylə əlamətdar olub. 23 yaşlı futbolçu ölkə çempionatında 100-cü oyununu keçirib. “Zirə” ilə görüşədək (1:1) hesabında 99 qarşılaşma olan hücumçu matçda hesabı açmaqla yubileyini qolla qeyd edib. Bu, onun Premyer Liqada 14-cü qolu olub. Ramazanov “İnter”də keçirdiyi 7 qarşılaşmada 3 qol vurub. Ağabala bunadək daha 3 klubda oynayıb. O, “Neftçi” (1 oyun), “Xəzər Lənkəran” (59 oyun, 6 qol) və “Sumqayıt”ın (33 oyun, 5 qol) şərəfini qoruyub.
Mövsüm
|
Klub
|
oyun
|
qol
|
2011/12
|
Neftçi (Bakı)
|
1
|
0
|
2012/13
|
Xəzər Lənkəran
|
19
|
1
|
2013/14
|
Xəzər Lənkəran
|
21
|
1
|
2014/15
|
Xəzər Lənkəran
|
19
|
4
|
2015/16
|
Sumqayıt
|
33
|
5
|
2016/17
|
İnter (Bakı)
|
7
|
3
|
|
Cəmi
|
100
|
14
|
|