İki komandamız – “Kəpəz” və “Qarabağ” avrokuboklarda növbəti oyunlarını keçirdilər. Avropa Liqasında mübarizə aparan “Kəpəz” evdə, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” isə səfərdə meydançaya çıxdı. Gəncə klubu “Dalğa Arena”da Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Admira” (Avstriya) ilə üz-üzə gəldi və 0-2 hesabı ilə uduzdu. Bununla da “Kəpəz” avrokuboklarda mübarizəni dayandırdı. “Qarabağ” isə Bakıda 2-0 hesabı ilə üstələdiyi “Dudelanj”la (Lüksemburq) səfər görüşündə 1-1 hesablı heç-heçəyə razılaşdı və 3-cü təsnifat mərhələsinə adladı. “Qarabağ”ın budəfəki rəqibi “Viktoriya” (Çexiya) klubudur. Peşəkar Futbol Liqasının rəsmi saytı Bakıda keçirilmiş “Kəpəz” – “Admira” görüşündən fotoları təqdim edir.
|