Peşəkar Futbol Liqası 2016/2017-ci illər futbol mövsümü üçün akkreditasiya qeydiyyatına start verib. Növbəti mövsüm üçün akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər ad və soyadını, iş yerindən verilən vəsiqənin sürətini, fotoşəklini, bu gündən etibarən iyulun 27-dək [email protected] ünvanına göndərməlidirlər. Qeyd: Akkreditasiya qeydiyyatı mövsümboyu davam edəcək. İlkin akkreditasiyaya gecikənlər və ya işə yeni qəbul olunanlar mövsümün gedişində müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciət edildikdən sonra növbəti ayın ilk həftəsində təqdim olunacaq.
|