Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirildi. Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” 3-cü mərhələ üçün potensial rəqibini tanıdı. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Lüksemburqun “Dudelanj” klubunu mübarizədən kənarlaşdırarsa, Çexiya çempionu “Viktoriya” ilə üz-üzə gələcək. “Qarabağ” II mərhələnin ilk oyununda Lüksemburq klubunu 2-0 hesabı ilə məğlub etdiyinə görə 3-cü mərhələyə adlamaq şansı yüksəkdir. Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları 26, 27 iyul, cavab görüşləri isə 2, 3 avqustda reallaşacaq.
|