![](uploads/64068uefaa.jpg) Avropa Liqasının ikinci mərhələsinin ilk oyunları keçirildi. Təmsilçilərimizdən “Neftçi” evdə, “Qəbələ” və “Kəpəz” isə səfərdə mübarizə apardı. “Bakcell Arena”da Makedoniyanın “Şkendiya” klubunu qəbul edən “Neftçi” qələbə qazana bilmədi – 0:0. “Qəbələ” səfərdə MTK (Macarıstan) klubunu 2:1 hesabı ilə üstələyib cavab oyunu üçün böyük üstünlük qazandı. “Kəpəz” isə “Admira” (Avstriya) klubuna 0-1 hesabı ilə uduzdu. Peşəkar Futbol Liqasının rəsmi saytı Bakıda keçirilmiş “Neftçi” – “Şkendiya” oyunundan fotoları təqdim edir.
|