![](uploads/2916028968europa league.jpg) Avropa Liqasının I təsnifat mərhələsi Azərbaycan klubları üçün uğurlu alındı. Mübarizəyə ilk mərhələdən qoşulan 3 komandamız – “Neftçi”, “Qəbələ” və “Kəpəz” uğurlu çıxışları ilə diqqət çəkdilər. İlk oyunda “Samtredia” (Gürcüstan) klubunu 5-1 hesabı ilə məğlub edən və səfərə rahat yollanan “Qəbələ” ikinci oyunda 1-2 hesabı ilə uduzsa da, adını növbəti mərhələyə yazdırdı. Uzunmüddətli fasilədən sonra ölkəmizi avrokuboklarda təmsil edən “Kəpəz” isə “Daçiya”nı mübarizədən kənarlaşdıra bildi. Bakıda 0-0 hesabına razılaşan Gəncə klubu səfərdə Dario Federikonun yeganə qolu ilə meydanı qalib tərk etdi. Günün son görüşündə “Neftçi” “Balzan”ı (Malta) sınağa çəkdi. İlk oyunda səfərdə rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt klubu “Bakcell Arena”da 1-2 hesabı ilə məğlub olmasına baxmayaraq, mərhələ adlayan tərəf oldu.
|