Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatmasından sonra Avropa Liqasında mübarizə aparan komandalar rəqiblərini tanıdılar. Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” mübarizəyə 2-ci mərhələdən başlayacaqsa, Avropa Liqasında mübarizə aparan klublarımız – “Neftçi”, “Kəpəz” və “Qəbələ” mübarizəyə 1-ci mərhələdən start verəcəklər. Ötən il Avropa Liqasının qrup mərhələsində çıxış etmiş “Qəbələ” “Samtredia” (Gürcüstan) ilə görüşəcək. Uzunmüddətli fasilədən sonra ölkəmizi qitəmiqyaslı yarışlarda təmsil edəcək “Kəpəz”in rəqibi isə “Daçiya” (Moldova) oldu. Azərbaycan Kubokunun finalçısı “Neftçi” isə “Balstan”la (Malta) münasibətləri ayırd edəcək. Qeyd edək ki, Avropa Liqasının ilkin təsnifat mərhələsinin görüşləri iyunun 30-da və iyulun 7-də baş tutacaq.
|